İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz türkük, ruslar bizdən qorxurlar” deyən generalın başı dərddə

Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTXK) sabiq rəhbəri və prezident Sadır Japarovun keçmiş “sağ əli” Kamçibek Taşiyev həbs təhlükəsi ilə üzləşib. Musavat.com xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb. Bildirilir ki, fevral ayında istefa verdikdən sonra nüfuzlu təhlükəsizlik məmuru hakimiyyəti ələ keçirmək planında ittiham olunub. Kamçibek Taşiyevin DTXK rəhbəri vəzifəsindən istefasından əvvəl 75 nəfər prezidentə erkən prezident seçkiləri tələbi ilə açıq müraciət etmişdi. Sənədi respublikanın tanınmış siyasətçiləri, hökumət rəsmiləri və ictimai xadimləri imzalamışdı. Ertəsi gün isə Sadır Japarov dostunu işdən çıxaran fərman imzalayıb. Müraciətin müəllifləri kütləvi iğtişaşlar təşkil etməyə cəhddə ittiham olunublar.Prezident yerli mediaya verdiyi son müsahibədə isə bildirib ki, istintaq hazırda Kamçibek Taşiyevin "75-lərin müraciəti”ndə iştirakını müəyyən edir. Taşiyev isə günahsız olduğunu və tam bəraət alacağına ümid edərək hüquqi mübarizə aparmağa hazır olduğunu bəyan edib. Eyni zamanda, keçmiş təhlükəsizlik məmuru vətəndaşları qəti şəkildə qanuna tabe olmağa və hər hansı kütləvi etirazdan çəkinməyə çağırıb.
Qırğızıstan siyasətində son illərin ən güclü ittifaqı sayılan Japarov–Taşiyev tandemi sayılırdı. m2020 inqilabından sonra hakimiyyətə gələn bu duet ölkədə idarəetmə modelini dəyişərək prezident institutunu gücləndirmiş, parlamentin rolunu azaltmışdı. Bu sistem uzun müddət sabit görünürdü, lakin 2027 prezident seçkiləri yaxınlaşdıqca daxili rəqabət açıq mübarizəyə çevrildi.
Picture backgroundRusiya nəşrləri yazırdı ki,Taşiyevin hakimiyyətdən uzqlaşdırılmaasının səbəbləri sırasında onun Moskvanın və Pekinin qoşuna gəlməyən bəyanatlarının da rolu ola bilərdi. Belə ki, Taşiyev 2025-ci ildə dərc olunmuş manifestində yazıb ki, qırğızların tarixi yalnız yurdlar və kumuzlar deyil. “Biz böyük döyüşçülərin nəsilləriyik. Rus knyazları və Çin sülalələri bizdən qorxurdular. Fars və Bizansda bizə hörmət edilirdi. Əcdadlarımızın torpaqları bugünkü Qırğızızıstan Respublikasının hüdudlarından çox kənara çıxırdı. Bu, bizim torpağımız, qanımız, şərəfimizdir. Biz qırğızıq. Biz türkük". O da iddia olurdu ki, Taşıyev xüsusən də Türkiyə, Böyük Britaniya və ümumiyyətlə Avropa ölkələri ilə münasibətlərin dərinləşdirilməsini müdafiə edirmiş.
Qeyd edək ki, Qırğızıstan Türk Dövlətləri Təşkilatının (TDT) qurucu və aktiv üzvüdür, təşkilatın inteqrasiya proseslərində, o cümlədən enerji və mədəniyyət sahələrində fəal iştirak edir. Bişkek şəhəri TDT-nin bir çox yüksək səviyyəli görüşlərinə, o cümlədən energetika nazirlərinin iclaslarına ev sahibliyi edib. TDT-nin 2024-cü ildə qəbul edilən yeni bayrağında Qırğızıstan bayrağındakı günəş elementi də yer alır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR