Onlayn ictimai-siyasi qəzet
Noyabrın 27-də gecə saatlarında Beyləqan rayonu, Bolsulu kəndində 68 yaşlı qadının qətlə yetirilməsində şübhəli şəxs müəyyən olunub.
Kənd sakini Nazilə Mustafayevanı yaşadığı evdə boğaraq qətlə yetirməkdə şübhəli bilinən 31 yaşlı Şəmistan Həsənzadə saxlanılıb.
İlkin məlumata görə, hadisə tamah məqsədilə törədilib.
Faktla bağlı araşdırma aparılır.//APA
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ