Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ərəb Əmirlikləri Ukraynanın silah şirkəti Fire Point-də pay almaq niyyətində olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumatı BBC Ukrayna müqavilənin təfərrüatları ilə tanış olan mənbələrə istinadən yayıb. Bildirilir ki, BƏƏ-nin suveren sərvət fonduna məxsus müdafiə qrupu olan EDGE Fire Point-də azlıq payını (30 faiz) 760 milyon dollara əldə etməyi planlaşdırır və şirkətin ümumi dəyərini 2,5 milyard dollara qiymətləndirib.
BBC Ukrayna mənbələrinə görə, Fire Point artıq lazımi sənədləri antiinhisar komitəsinə təqdim edib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ