Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiyanın İstintaq Komitəsinin AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı cinayət işinə verdiyi xitam qərarı REAL Televiziyasında yayımlanan müzakirə proqramında müzakirə olunub.
"Xəbər axşamı" adlı verilişdə əsas sual kimi Rusiyanın İstintaq Komitəsinin sədri general Aleksandr Bastrıkinin bu qərarla Rusiya prezidenti Vladimir Putinin mövqeyinə qarşı çıxıb-çıxmadığı, yoxsa Putinin ötən ilin oktyabrında verdiyi vədlərdən geri çəkildiyi məsələsi ön plana çıxarılıb.
Studiyada bu qərarın arxasında hansı motivlərin dayandığı, Rusiya daxilində güc mərkəzləri arasında mümkün ziddiyyətlərin olub-olmaması barədə fərqli baxışlar səsləndirilib.

Verilişdə politoloq Sahil İskəndərov və Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu iştirak ediblər. Çıxışlarda AZAL təyyarəsi ətrafında formalaşan proseslərin Azərbaycan–Rusiya münasibətlərinə mümkün təsirləri, həmçinin Moskvanın bu məsələdə seçdiyi xəttin gələcək perspektivləri dəyərləndirilib.
Proqramın moderatoru Elcan Məmmədovdur.
Musavat.com həmin verilişi oxucularına təqdim edir.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ