Onlayn ictimai-siyasi qəzet
Türkiyəli aktyor Yağız Can Konyalının başına iş gəlib.
Cihangirdə görüntülənən aktyor tətil zamanı əlindən ciddi xəsarət aldığını bildirib.
Konyalının sözlərinə görə, əlində olan şüşə butulka qəfil partlayıb və nəticədə əli dərindən kəsilib. Hadisədən sonra xəstəxanaya aparılan aktyorun yarasına tikiş qoyulub. Bu səbəbdən istirahətini yarımçıq qoyan aktyor Türkiyəyə qayıdıb. O bildirib ki, əli 10 gün sarılı qalacaq.
Qeyd edək ki, Yağız “Öyle bir geçer zaman ki”, “Adı mutluluk”, “Bizim hikaye”, “Tuzak” və “Hudutsuz sevda” kimi məşhur seriallarda rol alıb. (Axşam.az)

20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ