İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş həkim içkili vəziyyətdə anasını döyüb

Rusiyada qalmaqallı hadisə baş verib.

Musavat.com xəbər verir ki, Moskva şəhərində fəaliyyət göstərən reabilitasiya və mental sağlamlıq mərkəzinin rəhbəri Sergey Spirin spirtli içki qəbulundan sonra 78 yaşlı anasını döyməkdə ittiham olunur.

Mediada yayılan məlumatlara görə, Spirin dörd gün davam edən içki məclisindən sonra evdə qalmaqal yaradıb. Mənbələrin bildirdiyinə əsasən, yaşlı qadın oğlunu sakitləşdirməyə və içkini dayandırmağa çalışsa da, nəticədə o, həyat yoldaşı ilə birlikdə pensiyaçı qadına hücum edib. Qeyd olunur ki, həyat yoldaşı da eyni mərkəzin əməkdaşıdır.

Hadisənin ən diqqətçəkən məqamı isə ironik məzmundadır: Spirin rəhbərlik etdiyi müəssisədə məhz alkoqol asılılığından və sinir pozuntularından əziyyət çəkən şəxslər müalicə olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR