Onlayn ictimai-siyasi qəzet
Bakıda 65 yaşlı kişi daş karxanasında bədbəxt hadisə nəticəsində ölüb.
Musavat.com "Report"a istinadən xəbər verir ki, Cəlilabad rayon sakini, 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev daş karxanalarının birində iş görərkən ehtiyatsızlıqdan ölüb.
İlkin məlumata görə, o, mişardan aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ