İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Türkiyədəki səfiri Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdi

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin məzarı ziyarət edilib.

Musavat.com bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sosial şəbəkə hesabında məlumat verib.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, böyük dövlət adamı Məhəmməd Əmin Rəsulzadəni 142-ci doğum günündə məzarı başında rəhmət və ehtiramla andıq. Ruhu şad, məkanı cənnət olsun”, - səfir paylaşımında bildirib.

Qeyd edək ki, bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR