İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda kütləvi ZƏHƏRLƏNMƏ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.

Bu barədə TƏBİB məlumat yayıb.

"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib", - məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib.

***

Gəncədə kütləvi zəhərlənmə qeydə alınıb.

Musavat.com Report-a istinadla bildirir ki, təxminən ona yaxın şəxs zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına müraciət edib.

Onların arasında uşaq da var:

N. Rüstəmova (1962), A. Teymurlu (1986), İ. Məmmədov (2017), Z. Hüseynova (2015), U. İsyaev (2020), B. Əliyeva (1963), S. Hüseynova (1987), M. İsmayılova (1983).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR