Onlayn ictimai-siyasi qəzet
Bolqarıstanda “Botev” futbol klubunun (FK) prezidenti, tanınmış nəqliyyat və tikinti şirkətlərinin sahibi İliyan Filipov qətlə yetirilib.
Musavat.com xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinə istinadən “Nova” məlumat yayıb.
İlkin məlumatlara görə, iş adamına futbol oyunundan evə qayıdarkən hücum olunub. Naməlum şəxsin sahibkarın baş nahiyəsinə atəş açaraq onu qətlə yetirdiyi bildirilir.
Hüquq-mühafizə orqanlarının və prokurorluğun əməkdaşları keçirilən brifinq zamanı Filipovun ölümünü təsdiqləyiblər. Lakin mütəxəssislər istintaq sirrini qorumaq zərurətini əsas gətirərək hadisənin detallarını açıqlamayıblar. Hazırda cinayət yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Polis qətlin mümkün olan bütün versiyalarını nəzərdən keçirir.
Qeyd edək ki, “Botev” FK Bolqarıstanın ən qədim peşəkar futbol klublarından biridir. 1912-ci ilin martında Plovdiv şəhərində təsis edilən komanda ölkə çempionatının ali divizionu olan Birinci Liqada çıxış edir.
Musavat.com
![]()
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ