İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton və Tehran arasında təhlükəli böhran

Nüfuzlu "Foreign Affairs" nəşrinin analizində bildirilir ki, Birləşmiş Ştatlar və İran arasında alovlanan hərbi-siyasi qarşıdurma illərlə davam edə biləcək yeni bir "bitməyən müharibə"yə (eternal war) çevrilmə riski daşıyır.

Musavat.com xəbər verir ki, siyasi analitik Əli Vaezin qiymətləndirməsinə görə, hər iki tərəf üçün güzəştə getmək hazırda qarşılaşdıqları hərbi və iqtisadi itkilərdən daha təhlükəli görünür.

Analitik vurğulayır ki, Birləşmiş Ştatlar münaqişədə hələlik öz ana məqsədlərinə tam çatmasa da, İran iqtisadiyyatını sarsıtmaq və strateji hədəflərə zərbələr endirmək imkanlarını özündə saxlayır. İran isə öz növbəsində ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını, Vaşinqtonun regional müttəfiqlərini və Hürmüz boğazından keçən beynəlxalq gəmiçilik xətlərini təhdid altında saxlamaqda davam edir.

Məqalə müəllifinin qənaətinə görə, tərəflər arasında aparılan diplomatik danışıqlar yalnız müvəqqəti fasilələr yarada bilər, lakin Vaşinqton və Tehran arasında kök salmış dərin etibarsızlıq bu təmasların uzunmüddətli və dayanıqlı sülh sazişinə çevrilməsinə mane olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR