İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Rusiya-Ukrayna müharibəsinə “QARIŞDI” – HƏBSLƏR! Rusiya “İsgəndər”lə HƏRƏKƏTƏ KEÇDİ

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunub.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan vətəndaşı iştirak edərək həlak olub, itkin düşüb və ya yaralanıb, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilib.

Aparılmış araşdırmalarla Azərbaycan vətəndaşları - 1991-ci il təvəllüdlü Real Eldəniz oğlu Nəbiyev, 1993-cü il təvəllüdlü Faris Famil oğlu Hüseynov, 1994-cü il təvəllüdlü Ali Elnur oğlu Məmmədov və Murov Həsən oğlu Mirhəşimlinin Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcək.

Ukrayna genişmiqyaslı pilotsuz təyyarə və raket hücumuna məruz qaldığı üçün enerji atəşkəsi faktiki olaraq başa çatıb. İlk zərbələrin əsas hissəsi Kiyev və Xarkov şəhərlərinə endirilib. Hər iki şəhərdə çoxsaylı partlayış səsləri eşidilib.

Musavat.com xəbər verir ki, Kiyev meri Vitali Kliçko Darnitski rayonunda qeyri-yaşayış binasına və uşaq bağçasına zərbə endirildiyini bildirib. Kiyev Şəhər Hərbi Administrasiyası da Desnyanski rayonunda qeyri-yaşayış binasına, Şevçenkivski rayonunda isə çoxmərtəbəli binaya zərbə endirildiyini təsdiqləyib.
Xarkovda hücum bir neçə saat davam edib. Mer İqor Terexov bildirib ki, zərbələr əsasən enerji infrastrukturu obyektlərinə dəyib və zərər ciddi qiymətləndirilir. -20 dərəcə Selsidə şəhər hakimiyyəti şəbəkələrin donmasının qarşısını almaq üçün 820 binanın istilik sistemlərindən istiliyi boşaltmaq məcburiyyətində qalıb.

Zaporojye, Dnepr, Odessa və ölkənin digər bölgələrində də partlayışlar qeydə alınıb. Hərbi Telegram kanallarına görə, hücumun hədəflərindən biri Rovno Atom Elektrik Stansiyasını Kiyev və Ukraynanın mərkəzi bölgələri ilə birləşdirən 750 kV-luq yarımstansiya olub.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Elçin Alıoğludur.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR