İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Cənubi Qafqazın sonuncusu oldu: Gürcüstan və Ermənistanı irəli aparan amil

2023-cü ildə mobil internetə qoşulma (Mobile Connectivity Index) üzrə Azərbaycan 69,3 bal toplayaraq Cənubi Qafqaz ölkələri arasında axırıncı yerdə qərarlaşıb.

Musavat.com xəbər verir ki, indeksi Beynəlxalq GSM Assosiasiyası hesablayır.

Ötən ilin nəticələrinə görə, Ermənistan 2023-cü ildə mobil internetə qoşulma (Mobile Connectivity Index) üzrə 69,8 bal, Gürcüstan – 71,5 bal, Rusiya – 80,9 bal, Türkiyə – 77,3 bal, İran – 65,7 bal toplayıb.

Mobil Bağlantı İndeksi 173 ölkənin mobil internetin qəbulunun əsas amilləri üzrə fəaliyyətini ölçür. Ölkələr bir sıra indikatorlar üzrə 0-dan 100-ə qədər olan diapazonda qiymətləndirilir. Daha yüksək bal mobil İnternet bağlantısını təmin etməkdə daha yaxşı performans deməkdir.

Qeyd edək ki, müstəqil ekspertlər Azərbaycanda mobil internetdə 5G texnologiyalarının tətbiqinin yubanmasını ciddi problem kimi dəfələrlə qabardıblar. Həm Gürcüstan, həm Ermənistan bu sahədə xeyli yol qət ediblər. Görünür, Mobil Bağlantı İndeksində onların Azərbaycanı qabaqlaması da bununla bağlıdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2024

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR