İnsanlara hürriyət, millətlərə istiqlal!

Aytən Səfərova Tiflisdə “ilişib qaldı” - qayıtmaq üçün 3 həftə bilet gözlədi

Ailəsi ilə birlikdə bir müddətdir Tiflisdə qalan aparıcı Aytən Səfərova nəhayət, üç həftə sonra Azərbaycana qayıtmaq üçün bilet tapa bilib.

Musavat.com bildirir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O, Azərbaycan–Gürcüstan marşrutu üzrə geri dönüş bileti tapmaqda yaşadığı çətinliklərdən danışıb: “Mənə sual verirlər ki, siz geri biletini necə əldə etmisiniz?"

Əziz və hörmətli dostlar, mən də sizin kimi ailə üzvlərimlə birlikdə həftələrlə «Azərbaycan Dəmir Yolları» QSC-nin internet saytını izlədim. Təxminən 3 həftə sonra gecə saat 3-4 radələrində biletlər göründü. Üç telefondan daxil olaraq ödəniş etdik və biletləri əldə edə bildik.

Bəziləri deyir ki, Azərbaycana geri dönən qatarlar boş qayıdır. Amma sözümü deyim ki, bizim qatarlar heç də boş getmirlər”.

Qeyd edək ki, xeyli sayda sərnişin ADY-dən bilet alaraq Tiflisə getsələr də, geri qayıtmaqda çətinlik çəkdiklərini bildirirlər.

Xalidə,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR