İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayrıldıqları deyilirdi, qalada öpüşdülər

“D.İ.S.C.O.” filminin qala gecəsi maraqlı anlarla yadda qalıb.

Musavat.com xəbər verir ki, baş rollarını Yıldız Çağrı Atıksoy və Özge Özacarın paylaşdığı filmin Kanyon AVM-də keçirilən premyerasında tanınmış simalar iştirak ediblər. Filmdə “Seda” obrazını canlandıran Yıldız Çağrı Atıksoy qala gecəsinə aktyor həyat yoldaşı Berk Oktayla birlikdə qatılıb.

Cütlüyün qala zamanı bir-birini öpməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xatırladaq ki, bir müddət əvvəl Yıldız Çağrı Atıksoy və Berk Oktayın xəyanət iddiaları səbəbindən boşanacağı ilə bağlı xəbərlər yayılmışdı.

Premyerada yayılan bu səmimi görüntülər isə cütlüyün pərəstişkarlarını sevindirib və ayrılıq iddialarının əsassız olduğu qənaətini yaradıb.

Könül
Musavat.com


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR