Onlayn ictimai-siyasi qəzet
Alman hərbi planlaşdırıcıları hərbi münaqişə halında NATO-nun beş mərhələli gizli fəaliyyət proqramı hazırlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşru çərşənbə axşamı hökumət sənədinə istinadən xəbər verib. Qəzet yazır ki, Almaniya artıq bu planın birinci mərhələsini həyata keçirməyə başlayıb.
Nəşrin məlumatına görə, sənəddə potensial təhlükənin erkən müəyyən edilməsindən tutmuş ittifaq ölkələrinin kollektiv müdafiəsinə və münaqişədən sonrakı yenidənqurmaya qədər hərbi eskalasiya modeli ətraflı şəkildə əks olunub. Həmçinin Almaniyanın artıq eskalasiyanın birinci mərhələsində olduğu və ortaq təhlükə mənzərəsi hazırladığı, logistika və qoruyucu tədbirlər hazırladığı bildirilir.
Qəzet həmçinin qeyd edib ki, plana əsasən, Almaniya NATO qoşunları üçün tranzit dəhlizi kimi çıxış edəcək və ittifaq qüvvələrinin təchizatı üçün mərkəzə çevriləcək. İddia edilir ki, bu, onu uzun mənzilli sistemlərdən istifadə edən hücumlar üçün prioritet hədəfə çevirə bilər.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ