İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həyatda özündən başqa heç kimin yoxdur" - Rəqsanənin qızı

Müğənni Rəqsanə İsmayılovanın qızı Yağmur sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət çəkib.

Gənc ifaçının yazdığı sözlər izləyicilər arasında müzakirələrə səbəb olub. Yağmur paylaşımında həyatla bağlı düşüncələrini bölüşərək erkən yaşda üzləşdiyi çətinliklərdən və tənhalıq hissindən danışıb.

O, insanın həyatın müəyyən mərhələlərində özünü tək hiss etdiyini vurğulayıb:

"Həqiqət odur ki, bu həyatda özündən başqa heç kimin yoxdur. Fikirləşirəm ki, niyə məni bu qədər tez böyüməyə məcbur etdilər? Başqaları uşaqlığını yaşayanda mən həyatın ən ağır tərəflərini gördüm".

Yağmur gecələr insanın tək qalanda yaşadığı yorğunluğu daha çox hiss etdiyini bildirib. O, bəzən insanın sadəcə yanında birinin olmasını və hər şeyin yaxşı olacağını eşitmək istədiyini qeyd edib:

"Gecələr insan tək qalanda nə qədər yorulduğunu hiss edir. İstəyirsən ki, kimsə gəlib desin: 'Hər şey yaxşı olacaq. Hər şeyi tək daşımalı olmayacaqsan'".

Yağmurun səmimi etirafları izləyicilərin diqqətini çəkib və sosial şəbəkələrdə müxtəlif fikirlərin yaranmasına səbəb olub./milli.az./

 





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR