Onlayn ictimai-siyasi qəzet
Ağcabədidə iki minik avtomobili toqquşub.
Hadisə şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Elvin Əliyevin idarə etdiyi VAZ-21011 markalı avtomobil hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Cavid Əfqanlıya məxsus VAZ-2106 markalı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki sürücü, eləcə də VAZ-2106 markalı avtomobildə olan 3 yaşlı uşaq ağır xəsarətlər alıb. Onlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo.az/

05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ