İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İran nəyə razılaşıb? -Qətər və Pakistanın birgə BƏYANATI yayıldı

İsveçrədə baş tutan ABŞ-İran danışıqlarının nəticələri açıqlanıb.

Musavat.com xəbər verir ki, Pakistan və Qətər danışıqların birinci mərhələsinin başa çatmasından sonra birgə bəyanat yayıblar.

Bəyanata görə, aşağıdakılar qərara alınıb:

- Danışıqlar aparan nümayəndə heyətlərinin rəhbərlərinin hesabat verəcəyi yüksək səviyyəli komitənin yaradılması qərarı qəbul edilib.

- ABŞ və İran arasında yekun razılaşmanın hazırlanması üçün yol xəritəsi razılaşdırılıb və tərəflər arasında əlaqə xətti yaradılıb.

- Texniki qruplar həftənin sonuna qədər İsveçrənin Bürgenştok şəhərində bir sıra məsələlər üzrə məsləhətləşmələri davam etdirəcəklər.

- Danışıqlar aparanlar Livanda atəşkəsin təmin edilməsi də daxil olmaqla, münaqişələrin həlli üçün bir qrup yaratmaq barədə razılığa gəliblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR