Onlayn ictimai-siyasi qəzet
ABŞ qüvvələri Hörmüz boğazında vəziyyətin gərginləşməsindən sonra 45 kommersiya gəmisini təhlükəsiz istiqamətə yönləndirib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı – CENTCOM məlumat yayıb.
Bildirilib ki, gəmilərin marşrutu boğazda tətbiq olunan blokada səbəbindən dəyişdirilib. Məqsəd ticarət gəmilərinin mümkün təhlükələrdən qorunması və bölgədə dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsidir.
Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən bölgədə yaranan hərbi-siyasi gərginlik beynəlxalq bazarlar və qlobal ticarət üçün ciddi risk kimi qiymətləndirilir.
Musavat.com
20 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ