İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ələ keçirdiyi tankerlərdən birini Venesuelaya qaytarıb

ABŞ hakimiyyəti yanvar ayının əvvəlində ələ keçirilən tankerlərdən birini Venesuelaya təhvil verəcək.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinə görə, söhbət 7 yanvarda Karib dənizindəki beynəlxalq sularda ələ keçirilən "Sophia" supertankerindən gedir.

"Reuters" vurğulayır ki, bu, ABŞ administrasiyasının Venesuelaya qaytardığı ilk saxlanılan tankerdir. Onlar bu qərarın əsasını izah etməyiblər.

Qeyd edək ki,Panama bayrağı altında üzən gəmi saxlanıldıqda, Ağ Evin mətbuat katibi Kerolin Levitt onun heç bir ölkəyə məxsus olmadığını elan etmişdi. Növbəti gün Panama Dəniz Administrasiyası Sofiya-nın 2025-ci ilin yanvar ayında gəmilərin milli reyestrindən çıxarıldığını açıqlayıb.

2025-ci ilin dekabr ayından bəri ABŞ hakimiyyəti Karib dənizində və Şimali Atlantikada yeddi tankeri saxlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR