Onlayn ictimai-siyasi qəzet
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı genişmiqyaslı sanksiyalar elan etməyə hazırlaşır.
Musavat.com The Times qəzetinə istinadən xəbər verir ki, yeni məhdudiyyətlərin həm Haaqa şəhərində yerləşən məhkəmənin özünə, həm də onunla əməkdaşlıq edən təşkilatlara yönəlməsi gözlənilir.
Qəzet yazır ki, xüsusilə də nəzərdən keçirilən tədbirlər o deməkdir ki, Beynəlxalq Cinayət Məhkəməsinin heç bir təchizatçısı və ya onunla işləyən şirkət Vaşinqtonun sanksiya siyahısına salınmaq riski olmadan məhkəmə ilə iş görə bilməz.
The Times qəzetinin məlumatına görə, məhkəmənin tərəfdarları bunun onun ləğvinə səbəb ola biləcəyindən qorxurlar. Qəzet avropalı diplomata istinadən ABŞ-ın hərəkətlərinin "müharibə cinayətkarlarının təqibini müdafiə edən hər kəs üçün pis xəbər" olduğunu söyləyib.
ABŞ administrasiyası artıq bir neçə dəfə Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edib. ABŞ prezidenti Donald Tramp 6 fevral 2025-ci ildə məhkəmə rəsmilərinə məhdudiyyətlər tətbiq edən sərəncam imzalayıb. Amerika hökuməti Beynəlxalq Cinayət Məhkəməsini Vaşinqtona və İsrail kimi müttəfiqlərinə qarşı qanunsuz hərəkətlərdə ittiham edib.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ