İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycandan viza müraciətlərini dayandırıb?- Səfirlikdən rəsmi açıqlama

Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırdığına dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilib.

“Sözügedən fasilə yalnız immiqrant vizalarına, yəni daimi yaşayış məqsədilə verilən vizalara aiddir. Turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə isə heç bir məhdudiyyət tətbiq olunmur”,- deyə açıqlamada qeyd olunub.

Eyni zamanda bildirilib ki, ABŞ-nin Bakıdakı Səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu əvvəlki qaydada davam edir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR