İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ali Məhkəməsinin Trampla bağlı qərarı Co Baydeni qəzəbləndirdi

ABŞ prezidenti Co Bayden ölkənin Ali Məhkəməsinin keçmiş prezident Donald Trampın Kapitoliyə hücumla bağlı mühakimədən qismən toxunulmazlığının tanınması qərarını tənqid edib.

Musavat.com xəbər verir ki, onun fikirlərini DW yayıb.

“Praktiki baxımdan, bu qərar o deməkdir ki, prezidentin edə biləcəyi işlərdə artıq məhdudiyyətlər yoxdur. Bu, prinsipcə yeni prinsip və təhlükəli presedentdir. Prezidentin səlahiyyətləri artıq qanunla məhdudlaşdırılmır”, - deyə Bayden bildirib.

DW yazır ki, ABŞ-da prezident seçkilərinə 4 ay qalmış bu ölkənin Ali Məhkəməsi qərar çıxarıb ki, təqibdən mütləq toxunulmazlıq prezidentin konstitusiya səlahiyyətləri çərçivəsində törətdiyi hərəkətlərə şamil edilir. Eyni zamanda müdafiə onun fərdi şəxs kimi “qeyri-rəsmi” həyata keçirdiyi hərəkətlərə şamil edilmir.

Konkret olaraq, üzvlərinin əksəriyyəti mühafizəkar olan ABŞ Ali Məhkəməsi 2021-ci il yanvarın əvvəlində Kapitoliyə hücumla bağlı işdə Donald Trampın rolunu araşdırıb. Ali Məhkəmə Trampın işini aşağı instansiya məhkəməsinə qaytarmaq qərarına gəlib və indi bu məhkəmə keçmiş prezidentə qarşı irəli sürülən ittihamların həm rəsmi, həm də qeyri-rəsmi olaraq 2020-ci il prezident seçkilərində uduzduqdan sonra onun hərəkətlərinə nə dərəcədə aid olduğunu müəyyən etməli olacaq.

Tramp Ali Məhkəmənin qərarını “Konstitusiya və demokratiyanın böyük qələbəsi” adlandırıb. Qərar ona daha bir mühüm möhlət verir, çünki bu o deməkdir ki, onun Vaşinqtonda federal məhkəmədə sonuncu prezident seçkilərini manipulyasiya etmək cəhdləri ilə bağlı mühakiməsi yalnız 5 noyabr prezident seçkilərindən sonra baş tutacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2024

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR