İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda GÜCLÜ YANĞIN - VİDEO

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın olub.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

***

Bakının Biləcəri ərazisində güclü yanğın başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə sosial mediada görüntülər paylaşılıb.

Kadrlarda yanğının binaların birində baş verdiyini aydın şəkildə görmək olur.

Hələlik yanğının səbəbi və hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR