Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, 500 mindən çox insan arasında aparılan miqyaslı tədqiqat yuxu rejiminin insan orqanizminin qocalma sürətinə birbaşa təsir etdiyini üzə çıxarıb.
Alimlərin qənaətinə görə, sutkada 6 saatdan az və ya 8 saatdan çox yatan şəxslərin orqanizmi daha sürətlə qocalır. İnsanların bioloji yaşı 23 müxtəlif biomarker əsasında qiymətləndirilib və nəticədə sağlamlıq üçün "qızıl orta"nın sutkada 6,5 — 7,8 saatlıq yuxu olduğu müəyyən edilib.
Mütəxəssislər xəbərdar edirlər ki, bu çərçivədən kənara çıxan istənilən yuxu müddəti bioloji qocalmanı sürətləndirir və orqanizmə ciddi zərər vurur.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ