Onlayn ictimai-siyasi qəzet
Kriştiano Ronaldonun futboldan təqaüdə çıxdıqdan sonra yaşayacağı 30 milyon funt sterlinq (69 milyon manat) dəyərindəki dəbdəbəli malikanəsi üç illik tikintidən sonra tamamlanıb.
Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, 8 yataq otağı olan bu lüks malikanədə hovuzlar, yeraltı dayanacaq, ağıllı istilik sistemi, idman zalı, kinoteatr və masaj otağı kimi imkanlar mövcuddur.
Malikanə Portuqaliyanın paytaxtı Lissabondan təxminən 50 kilometr məsafədə, sahil qəsəbəsində yerləşir və ölkənin ən böyük və bahalı şəxsi yaşayış yerlərindən sayılır. Daxili dekorasiyada italyan mərməri, qızıl örtüklü kranlar və cütlüklər üçün hazırlanmış xüsusi "Louis Vuitton" divar sənət əsərləri diqqət çəkir.
Ronaldo uşaqları üçün xüsusi oyun meydançaları və çimərlik zonalarının da yaradıldığını bildirib. Portuqaliya mətbuatının yazdığına görə, malikanə bütün zəruri komfortları bir araya gətirir və ulduz futbolçunun təqaüd sonrası həyatına uyğun hazırlanıb.
Qeyd edək ki, futbolçu karyerası ərzində beş dəfə "Qızıl top" mükafatını qazanan Ronaldo bu yaxınlarda 1000 qol həddinə çatdıqdan sonra futboldan ayrılacağını açıqlayıb. O, "Forbes"ə görə, karyerasında 1 milyard dollar qazanan ilk futbolçu olub.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ