Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur sənətçisi Ajda Pekkan dəbdəbəli həyat tərzi və bahalı investisiyaları ilə yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, “Takvim” qəzetində Ufuk Özcanın yazdığına görə, qazancını əsasən daşınmaz əmlak və zinət əşyaları kimi dəyərli investisiyalara yönəldən 79 yaşlı sənətçi saat kolleksiyasını da genişləndirib.
Ajda Pekkan dünyaca məşhur brendlərdən birinin xüsusi istehsalı olan və 5 milyon lirə (təxminən 110 min ABŞ dolları) dəyərində olduğu bildirilən saatı kolleksiyasına əlavə edib.
Uzun illərdir Türkiyənin ən varlı məşhurları sırasında adı çəkilən “Superstar”ın sərvəti ilə bağlı yayılan rəqəmlər də diqqət çəkir.
İddialara görə, Pekkanın bank hesabında təxminən 70 milyon dollar vəsait var. Sənətçinin Türkiyədə bir neçə lüks villa və malikanəyə sahib olduğu bildirilir.
Pekkan ötən il də dəbdəbəli malikanəsini satışa çıxarması ilə gündəmə gəlmişdi. Sənətçinin satış üçün 8,6 milyon dollar qiymət qoyduğu malikanəsi böyük marağa səbəb olmuşdu.
Könül
Musavat.com
12 Avqust 2026
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ