İnsanlara hürriyət, millətlərə istiqlal!

400 ildir fasiləsiz axır: Minlərlə insan şəfa tapmaq üçün ora gedir

Argentinanın şimalında yerləşən Tukuman əyalətindəki əsrlərdir qurumayan su mənbəyi hər il minlərlə ziyarətçini özünə cəlb edir. Yerli əhalinin müqəddəs hesab etdiyi bu mənbənin təxminən 400 ildir fasiləsiz axdığı bildirilir.

Musavat.com xəbər verir ki, Trankas bölgəsində yerləşən və “Pozo del Pescado” adı ilə tanınan su mənbəyinin tarixi XVI əsrə gedib çıxır. Rəvayətə əsasən, bölgədə şiddətli quraqlıq yaşandığı dövrdə rahib San Fransisko Solanonun əsası ilə yerə vurmasından sonra bu su mənbəyi ortaya çıxıb.

Aradan dörd əsrdən çox vaxt keçməsinə baxmayaraq, quyudakı suyun heç vaxt qurumadığı qeyd olunur. Bu səbəbdən yerli sakinlər və ziyarətçilər mənbəni müqəddəs hesab edir və onun şəfa verici gücə malik olduğuna inanırlar.

Ziyarətçilər suyu içərək və ya bədənlərinə sürtərək müxtəlif xəstəliklərdən sağalacaqlarına ümid edirlər. Xüsusilə iyul ayında keçirilən dini tədbirlər zamanı bölgəyə axın daha da artır və minlərlə insan mənbəni ziyarət edir.

Bununla belə, mütəxəssislər bu suyun hər hansı xəstəliyi müalicə etdiyini təsdiqləyən elmi sübutun olmadığını vurğulayırlar. Alimlərin fikrincə, mənbəyə olan maraq daha çox dini inanclar və əsrlərdir davam edən mədəni ənənələrlə bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR