Onlayn ictimai-siyasi qəzet
Ermənistanda təxminən 30 min Qarabağ ermənisinin seçkilərdə iştirak edə bilməməsi ətrafında yeni müzakirələr başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə vəkil Roman Yeritsyan sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar və müşahidə missiyaları seçki məntəqələrində baş verən pozuntulara diqqət yetirsələr də, minlərlə insanın seçki hüququndan məhrum edilməsini diqqətdən kənarda saxlayıblar.
Yeritsyan bildirib ki, 2026-cı ilin may ayında Mülki Məhkəmə Miqrasiya və Vətəndaşlıq Xidmətini Qarabağ ermənilərini seçici siyahılarına daxil etməyə və onların səsvermədə iştirakını təmin etməyə məcbur edən qərarlar çıxarıb. Məhkəmə qərarlarında sənədlərin qəti olduğu və şikayət verilə bilməyəcəyi göstərilsə də, xidmət həmin qərarlardan apellyasiya şikayəti verib.
Vəkilin sözlərinə görə, seçki hüququndan məhrum edilən şəxslər də məsələ ilə bağlı məhkəmə iddiaları hazırlayıblar. Lakin yaradılmış maneələr səbəbindən onlar bu hüquqdan istifadə edə bilməyiblər.
Musavat.com.
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ