İnsanlara hürriyət, millətlərə istiqlal!

15 milyon insanın gizli məlumatı hakerlərin əlində

Fransada səhiyyə sistemini sarsıdan kütləvi kiberhücum baş verib.

Musavat.com xəbər verir ki, hadisə ölkənin tibbi proqram təminatı istehsalçısı olan Cegedim şirkətinin məlumat bazasına qarşı həyata keçirilib. İlkin məlumatlara görə, təxminən 15 milyon nəfərin şəxsi məlumatı hakerlərin əlinə keçib.

Sızdırılan məlumatlar arasında pasiyentlərin adı, yaşı, əlaqə vasitələri və 169 min tibbi dosyedə yer alan həkim qeydləri var. Bu qeydlərdə HİV statusu, cinsi orientasiya, dini mənsubiyyət və hətta intihara meyllə bağlı həssas məlumatların ola biləcəyi bildirilir.

Məsələnin daha ciddi tərəfi isə zərərçəkənlər arasında siyasi xadimlərin də adının çəkilməsidir. Bu, hadisəni təkcə fərdi məlumat pozuntusu deyil, eyni zamanda mümkün siyasi və təhlükəsizlik böhranı səviyyəsinə qaldırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR