İnsanlara hürriyət, millətlərə istiqlal!

100 kilo qızıldan hazırlanmış unitaz 12 milyon dollara satıldı

Musavat.com xəbər verir ki, İtalyan konseptual sənətçisi Mauritsio Kattelanın yaratdığı məşhur qızıl unitaz — “Amerika” adlı instalyasiya Sotheby’s auksionunda 12 milyon dollara alınıb. Auksion təşkilatçıları alıcının adını açıqlamır.

18 karatlıq saf qızıldan hazırlanan və tam funksional vəziyyətdə olan bu unikal sənət obyektinin çəkisi 101 kiloqramdan artıqdır. Dünyada bu instalyasiyanın cəmi iki nüsxəsi mövcuddur. Onlardan biri 2019-cu ilin sentyabrında Böyük Britaniyadakı Blenhaym sarayından oğurlanmışdı. Maraqlısı odur ki, həmin eksponat sarayda ziyarətçilərin real istifadəsi üçün açıq olmuşdu.

Kattelan daha əvvəl “divara skoçla yapışdırılmış banan” instalyasiyası ilə geniş rezonans yaratmışdı. Sənətçinin həmin əsəri bir müddət əvvəl 6,2 milyon dollara satılmış, daha sonra isə alıcı tərəfindən yeyilmişdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR