İnsanlara hürriyət, millətlərə istiqlal!

1 ildə ərzaq qiymətləri bu qədər artıb - Rəsmi

Oktyabrda ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb.

2025-ci ilin oktyabr ayında qiymətlər ötən ilin oktyabr ayına nisbətən 5,9 faiz artıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məhsullarının qiyməti 8,2 faiz, qeyri-qida məhsulları 2,5 faiz, xidmətlər isə 5,6 faiz bahalaşıb.

Sentyabr ayı ilə müqayisədə oktyabrda qiymətlər 0,5 faiz artıb, yanvar-oktyabr dövründə isə 5,7 faiz yüksəlib. Qida məhsulları və içkilər isə oktyabrda əvvəlki aya nisbətən 0,8 faiz, yanvar-oktyabr aylarında 6,9 faiz bahalaşıb.

Ən çox bahalaşan qida məhsulları: qarabaşaq yarması, mal və qoyun əti, mal əti konservləri, balıq, yumurta, ayran, kəsmik, pendir, kərə yağı, banan, armud, fındıq, pomidor, şirin bibər, badımcan, yerkökü, kartof və şokolad.

Ucuzlaşan məhsullar: limon, portağal, naringi, alma, heyva, nar, xurma, üzüm, kivi, qoz, şabalıd, göyərti, balqabaq, sarımsaq və soğan.

Qeyri-qida məhsulları üzrə qiymətlər oktyabrda 0,3 faiz artıb. Ən çox bahalaşma geyim, şəxsi gigiyena və zərgərlik məhsullarında, ucuzlaşma isə yuyucu vasitələrdə olub.

Xidmətlərdə isə qiymətlər oktyabrda 0,4 faiz, yanvar-oktyabrda 6,6 faiz artıb. Bahalaşma əsasən mənzillərin kirayəsi, ictimai nəqliyyat və iaşə xidmətlərində, ucuzlaşma isə beynəlxalq hava nəqliyyatında baş verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR