İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf – tək qalmış JURNALİSTLƏRDƏN biri...

İş varsa, nəticə varsa, mübahisələr də olacaq, fikir ayrlığı da. Mən bilirəm, indi Rauf Arifoğlundan narazı adamların sayı ondan razı olanlardan heç də az deyil, bəlkə də çoxdur. Özü də elə adamlar narazılıq edir ki, bir vaxt ciblərindəki son pullarını verib bir çörək, bir də onun “Yeni Müsavat”ını alırdılar: inanın, beləydi, mən yaşamadığım şeyləri, hisləri yaza bilmirəm, bunu da əmin olduğum üçün yazıram.

Vəkillik iddiam yoxdur, heç kimə vəkillik etməyəcəm. Mənim meyarlarım həmişə fərqli olub. Mənim üçün nəinki Rauf Arifoğlu, hətta İlham İsmayıl, indi siyasi şərhlər verən Qulamhüseyn müəllim, Əli Mustafa, Oqtay Qasımov, bir sözlə, hamısı əzizdirlər.

Əsas odur ki, insan susmur, NƏSƏ deyir və bu NƏSƏ kiminsə xoşuna da gələ bilər, lap gəlməyə də! Niyə hamı eyni sözü deməlidir, niyə bizdə HAMI eyni NÖQTƏYƏ vurmalıdır, axı başqa NÖQTƏLƏR də var!

Ona görə də Rauf Arifoğlu mənimçün böyük jurnalist kollektivini (razılaşın ki, adam inana bilmir, çünki bizdə yazılı media bəlkə də son günlərini yaşayır!) idarə edən bir media rəhbəri kimi də, xüsusən də bir jurnalist kimi də maraqlıdır, hətta telekanallarda görəndə çevirmirəm, qulaq asıram, özü də axıradək.

O ki qaldı DEYİLMƏYƏN Sözlərə, əminəm ki, Rauf bəy də, elə mən də O SÖZLƏRİ nə vaxtsa deyəcəyik və mənə elə gəlir ki, ən azı buna görə yaşamağa dəyər...

O ki qaldı indiki RAUF ARİFOĞLU

JURNALİSTİKASINA, inanın, mən heç bir saytda yaza bilmədiyimi onun saytında yaza bilirəm. Ona görə də bir daha təkrar edirəm ki, Rauf Arifoğlu, eləcə də Elçin Şıxlı, hətta Zahir Əzəmət, Aynur xanım Camalqızı tək qalmış jurnalistlərdir – onların qədrini bilin, insanlar! Elə ola bilər ki, bir gün onlar da olmaya bilərlər, qədrini bilin onların! Əlbəttə, bir müddət sonra hər şey yerini tutacaq, yeni jurnalistika yaranacaq, öz ifadə formasını tapacaq, amma həyatımızın bu ssenarisində bizim nəsil rol ala biləcəkmi? Bax, məsələ budur, əzizlərim! Odur, seyrək şəkildə qalmış Raufları ittiham etməyin! Yadınızdamı? “İttiham etməyin, sizi də ittiham etməzlər” deyirdi İsa peyğəmbər...

Rauf indi nə edir? Təkbaşına yazılı medianı yaşatmağa çalışır! Azdırmı? Vallah, az deyil! Ona görə də seviləsi insanlardan sevgilərinizi əsirgəməyin, qınamağa, ittiham etməyə nə var ki, bacarırsan, qabağa keç!

Məni həmişə təəcübləndirən bu olur ki, azərbaycanlıların hamısı qeyri-səlis məntiqdən dəm vurur, amma elə ki, ağızlarını açırlar, hər şeyi unudur və başlayırlar ya hər şeyi qaralamağa, ya da ağartmağa! Amma, qardaşlar, rəhmətlik Lütfi müəllim öyrədirdi ki, həyat yalnız “ağ”dan və ya “qara”dan ibarət deyil, ona görə də İNSANLARI BAŞA DÜŞMƏYƏ çalışın, bir daha deyirəm: qınamağa, ittiham etməyə nə var ki!..

Sənəsə, qardaşım, (əgər belə müraciət etməyə razı olsan!) sovet vaxtı bir romandan söz deyəcəm. Orada bir xanım öz həyat yoldaşına deyirdi ki, sən DAĞALARA get, mən səni gözləyəcəm!..

İndi bizim üçün də, SƏNin üçün də əsas odur ki, GÖZLƏYƏN və bir də DAĞLARA-ZİRVƏLƏRƏ SƏSLƏYƏN olsun...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Iyul 2026

27 Iyul 2026

24 Iyul 2026

21 Iyul 2026

20 Iyul 2026

17 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

09 Iyul 2026

07 Iyul 2026

06 Iyul 2026

03 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

29 Iyun 2026

26 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

19 Iyun 2026

17 Iyun 2026

15 Iyun 2026

12 Iyun 2026

10 Iyun 2026

08 Iyun 2026

03 Iyun 2026

01 Iyun 2026

26 May 2026

25 May 2026

23 May 2026