İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova AZAL təyyarəsinin faciəvi qəzasından danışdı, Kiyevin adını çəkdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova AZAL-a məxsus təyyarənin qəzaya uğramasını bir neçə ölkə üçün “ümumi faciə” adlandırıb.

Musavat.com-un məlumatına görə Zaxarova bildirib ki, faciədən bir il ötür və bu münasibətlə Qroznı şəhərində qəza qurbanlarının xatirəsinə abidə açılıb.

Zaxarova deyib ki, hadisənin əsas səbəbi kimi “Kiyev rejimi”nin Rusiyanın mülki infrastruktur obyektlərinə pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar göstərilir.

Rusiya Xarici İşlər Nazirliyində ümidvar olduqlarını bildiriblər ki, Qazaxıstanın müvafiq komissiyası Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı araşdırmanı yaxın vaxtlarda yekunlaşdıracaq:

"Bundan sonra isə Rusiya və Azərbaycan arasında qalan bütün suallar cavabını tapacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR