İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan Tyananmen qırğınını Çinin baş qaxıncına çevirib

Çində Tyananmen meydanı etirazlarının yatırıldığı 4 iyun 1989-cu il hadisələrini xatırlamaq təhlükəlidir, lakin Tayvanda və Qərbdə bu tarix geniş müzakirə olunur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Qərbdə bu, “demokratiya uğrunda tələbə nümayişi”, Çində isə “əksinqilabi üsyan” adlandırılırdı.

Tayvan prezidenti Lay Çinde Çini 37 il əvvəl həlak olan tələbələrin xatirəsini yad etməyə çağıraraq çıxış edib. Tyananmen etirazlarını anmaq üçün adanın hər yerində anım tədbirləri keçirilib. ABŞ dövlət katibi Marko Rubio da mübahisələrin alovuna benzin tökərək, Çin hakimiyyətinin demokratiya arzusunda olanların xatirələrini silə bilməyəcəyini bildirib.

1989-cu il aprelin 15-dən iyunun 4-dək Pekinin əsas meydanında keçirilən etiraz aksiyalarının dağıdılması zamanı ölənlərin dəqiq sayı da daxil olmaqla, çox şey məlum deyil. Hər il 4 iyun təkcə Çinin hərbi işğalından qorxan Tayvan tərəfindən deyil, həm də ABŞ-dəki bir çox siyasətçi tərəfindən Pekinə qarşı tənqid mənbəyinə çevrilir.

Bu arada, bəzi çinşünaslar hesab edirlər ki, ordunun müdaxiləsi Çini anarxiyadan, Sovet İttifaqının başına gələn aqibətdən xilas edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR