Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Düzcə vilayətinin Cumayeri rayonunda motosikletin yola qəfil çıxan inəyi vurması nəticəsində heyvan tələf olub.
Musavat.com xəbər verir ki, qəza zamanı motosiklet sürücüsü isə yüngül xəsarətlər alıb.
Hadisə rayonun Çevrik məhəlləsində yerləşən İstiqlal küçəsində baş verib. Məlumata görə, nömrə nişanı və sürücüsünün kimliyi açıqlanmayan motosiklet yola qəfil çıxan inəklə toqquşub.
Hadisə yerinə polis və təcili yardım cəlb olunub. Sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Qəza yaxınlıqdakı bir müəssisənin təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ