İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni mövsümdə bahalaşma olacaq

Yay mövsümünün başa çatmasına sayılı günlər qalıb. Sentyabr ayının yaxınlaşması ilə əhalini düşündürən əsas məsələlərdən biri də məhsullar üzrə qiymətlərin dəyişib-dəyişməyəcəyidir. Bəs yeni mövsümdə bazarlarda və mağazalarda bahalaşma gözlənilirmi?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bahalıq yeni mövsümdə də davam edəcək.

O bildirib ki, ərzaq məhsulları üzrə bahalaşma gözləniləndir: “Mərkəzi Bankın da proqnozlarına görə, inflyasiya bu il aşağı düşməyəcək, bir az daha sürəti artacaq. Benzinin qiymətində isə artım gözləmirəm. İdxal məhsulları yavaş-yavaş bahalaşacaq. Hansısa məhsulda sürətli sıçrayış olmayacaq. İndiyə qədər necə az-az bahalaşma olursa, eyni qaydada davam edəcək. Qara dənizdə Ukrayna ilə Rusiya bir-birinə zərbə vurur, bu səbəbdən də ərzaq məhsullarının bahalaşması gözlənilir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2026

14 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR