İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni ildə terror planlaşdıran İŞİD üzvü BELƏ ZƏRƏRSİZLƏŞDİRİLDİ

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) yeni ildə hücum etməyə hazırlaşan İŞİD terrorçusunu yaxalayıb.

Musavat.com CNN Türkə istinadən xəbər verir ki, MİT tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində İbrahim Burtakuçinin Türkiyədə İŞİD üçün fəaliyyət göstərdiyi, fürsət yaranarsa Türkiyədən münaqişə zonalarına gedərək İŞİD-ə qoşulmaq istədiyi və Yeni il ərzində İŞİD adından Türkiyədə terror həyata keçirməyə hazırlaşdığı müəyyən edilib.

MİT və Təhlükəsizlik Baş İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində İbrahim Burtakuçin Malatyada tutulub. Sözügedən şəxsə məxsus rəqəmsal materiallar və evində tapılan qadağan olunmuş materiallar müsadirə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR