Onlayn ictimai-siyasi qəzet
Mərhum Xalq artisti Yalçın Rzazadənin oğlu, müğənni Mətin Rzazadə televiziya proqramında duyğusal açıqlamaları ilə diqqət çəkib.
"Öz aramızda" verilişinin canlı yayımında qonaq olan sənətçi atası ilə bağlı xatirələrindən danışarkən kövrək anlar yaşayıb. Hazırda özü də ailə başçısı və ata olan Mətin Rzazadə, həyatın məsuliyyətlərini daha dərindən anladığını bildirib.
Müğənni çıxışı zamanı vaxtilə atasından müxtəlif istəklərinin olduğunu, lakin illər keçdikcə həyatın yükünü daşımağın nə qədər çətin olduğunu dərk etdiyini deyib. O, bu gün bir çox məsuliyyətləri təkbaşına çiyinlərində hiss etdiyini vurğulayıb.
Atası ilə bağlı xatirələrdən bəhs edən sənətçi duyğularına hakim ola bilməyərək göz yaşlarına boğulub. Studiyada yaşanan təsirli anlar həm aparıcını, həm də tamaşaçıları kövrəldib.
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Bir çox istifadəçi Mətin Rzazadənin səmimi etiraflarını yüksək qiymətləndirərək ona dəstək mesajları ünvanlayıb./milli.az/
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ