Onlayn ictimai-siyasi qəzet
Əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlli vəfat edib.
Musavat.com xəbər verir ki, o, Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində dünyasını dəyişib.
Qeyd edək ki, Əşrəf Veysəlli 1938-ci ildə Füzuli rayonunun Veysəlli kəndində anadan olub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə Sumqayıt şəhərində başlayıb və ömrünün böyük hissəsini burada yaşayıb.
Əşrəf Veysəlli ötən əsrin 50-ci illərindən etibarən ədəbi mühitdə fəal iştirak edib. O, uzun illər ərzində poeziya sahəsində səmərəli fəaliyyət göstərib və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Allah rəhmət eləsin!
Şahanə Rəhimli
Musavat.com

05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ