Onlayn ictimai-siyasi qəzet
Husi qüvvələri Bab əl-Məndəb boğazının mərkəzində yerləşən strateji Perim adasını ələ keçirib.
Musavat.com xəbər verir ki, məlumatı CNN Yəmən hökumət mənbələrinə istinadən yayıb. Kanal qeyd edir ki, bu, husilərə dünyanın əsas gəmiçilik marşrutlarından birini tam nəzarətdə saxlamağa imkan verir: bu yolla hər gün milyonlarla barel neft də daxil olmaqla çoxlu miqdarda yük daşınır.
Dünən "Əl-Ərəbiyyə" xəbər verib ki, İran tərəfindən dəstəklənən Husilər Yəmən hökumət qüvvələrinə qarşı əməliyyat zamanı artıq Bab əl-Məndəb boğazına qədər Yəmənin bütün Qırmızı dəniz sahil xəttini, o cümlədən Mokha, Dubab və Murad şəhərlərini nəzarətə götürüblər.
Ənsar Allah (Husi) hərəkatının hərbi sözçüsü Yəhya Sari bildirib ki, Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilər istisna olmaqla, istənilən dövlətdən olan gəmilərə Yəmən ətrafındakı dəniz yollarından istifadə etməyə icazə verilir.
O qeyd edib ki, Husilər krallıq husilərlə əlaqəli ərazilərin blokadasını qaldırana qədər Səudiyyə Ərəbistanının hədəflərinə hərbi əməliyyatlar və hücumlar, həmçinin blokadanı davam etdirəcəklər. O əlavə edib ki, Taiz və Hudeyda əyalətlərindəki son hücum zamanı husilər 5400 kvadrat kilometr ərazini nəzarətə götürüblər.
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ