Onlayn ictimai-siyasi qəzet
Bu gün Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən sayılan Hadrut zəfərinin altıncı ildönümüdür.
Türkiyənin tanınmış hərbi eksperti Abdullah Ağar 44 günlük müharibə zamanı Azərbaycanda olub, döyüşlərin gedişini yaxından izləyib. Müharibənin detalları ilə bağlı əsər də yazan ekspert Hadrut əməliyyatının hərbi əhəmiyyətinə dair diqqətçəkən açıqlama verib.
Musavat.com Abdullah Ağarın video müraciətini təqdim edir.
Abdullah Ağar yazır:
“HADRUT ZƏFƏRİ…
9 oktyabr 2020…
Bu gün altıncı ildönümüdür.
Paşinyan belə buna inana bilməmiş, baş verənləri qəbul edə bilməmişdilər. Qarşılarına çıxan qüvvələr əks-hücum üzərinə əks-hücuma keçmişdilər.
Böyük əksəriyyət bilmir…
Hadrut Qarabağın kilididir.
Həm də hərb tarixinə düşəcək möhtəşəm hərbi uğur, böyük qəhrəmanlıq nümunəsidir.
Hücumun əsas hərb prinsiplərindən biri budur:
‘Hücum üçqat üstünlüklə həyata keçirilir.’
Halbuki onlar cəmi 200–250 xüsusi təyinatlı idi və 2500–3000 nəfərlik düşmənə qarşı döyüşürdülər.
Bunu danışmaq istədim.
Tarixə bir qeyd düşmək istədim…”

Abdullah Ağar,
MUSAVAT.COM
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ