İnsanlara hürriyət, millətlərə istiqlal!

Strateji bazada yeni insident: İki Latviya vətəndaşı həbs olundu

Britaniya polisi Kembricşirdəki Kral Hərbi Hava Qüvvələrinin Molesvort hərbi bazasına qanunsuz girməkdə şübhəli bilinən iki Latviya vətəndaşını həbs edib.

Musavat.com Sky News-a istinadən xəbər verir ki, bazada ABŞ ordusunun Avropa və Afrikadakı əməliyyatlardan məsul olan kəşfiyyat mərkəzi, eləcə də NATO-nun Böyük Britaniyadakı kəşfiyyat qərargahı yerləşir.

Kanalın məlumatına görə, hərbi polis patrulu bazanın yaxınlığında tərk edilmiş bir nəqliyyat vasitəsi və sonra onun hasarında deşik aşkar edib. Həmin gecəi 36 və 32 yaşlı kişilər baza ərazisində tapılıb və həbs ediliblər. London Polisinin məlumatına görə, saxlanılanlar Böyük Britaniyada yaşayan Latviya vətəndaşlarıdır.

Hər iki kişi hələ də həbsdədir və detektivlər tərəfindən dindirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR