Onlayn ictimai-siyasi qəzet
Malayziyada gənclər üçün qeyri-adi istirahət modeli ortaya çıxıb.
Musavat.com xəbər verir ki, Perak ştatının Qopenq şəhərində “yanıb-tükənmiş” zumer nəslinə yönəlmiş xüsusi pansionat fəaliyyətə başlayıb və qısa müddətdə böyük maraq doğurub.
Müəssisədə bir aylıq qalma haqqı 430 dollar təşkil edir. Bu məbləğə yaşayış, gündəlik qidalanma və maksimum sakitlik daxildir. Proqramın əsas “fəaliyyətləri” sırasında təbiətlə təmas, düşüncədən uzaq istirahət və hətta sadəcə ördəkləri izləmək var.
Layihə Çində son illər geniş yayılan “tan pin” – yəni “uzanıb qalmaq” fəlsəfəsinə əsaslanır. Bu yanaşma gəncləri daimi rəqabət, karyera yarışı və “mütləq uğur qazanmalısan” psixoloji təzyiqindən uzaqlaşdırmağı hədəfləyir.
Maraqlıdır ki, pansionat rəsmi sənədlərdə “yaşlılar və yardımçı yaşayış müəssisəsi” kimi qeydiyyatdan keçib. Buna baxmayaraq, yerlər artıq bir ay qabaqcadan tam dolub. Layihənin təsisçisi isə mediaya açıqlama vermir və anonim qalır.
Mütəxəssislər hesab edirlər ki, bu model XXI əsrin yeni reallığını əks etdirir: tükənmişlik sindromu artıq təkcə yaşlıların deyil, gənc nəslin də əsas problemlərindən birinə çevrilib.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ