İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə böyük müharibə ANONSU: İki ərəb ölkəsi İrana qarşı cəbhə açır

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana qarşı müharibəyə daxil olmaq imkanlarını nəzərdən keçirirlər.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Körfəz ölkələri İranın limanlara, energetika sektoruna və hava limanlarına endirdiyi zərbələrə görə "səbrlərini itirirlər".

Bununla belə, münaqişəyə birbaşa müdaxilə qərarı yalnız mühüm infrastrukturlara hücumlar edildiyi təqdirdə mümkündür, bu "qırmızı xətt" hələ ki yüksək olaraq qalır.

Eyni zamanda, Türkiyə gərginliyin artmasının qarşısını almağa çalışır.

Xarici işlər naziri Hakan Fidan regionda danışıqlar apararaq, Körfəz ölkələrini müharibəyə sürüklənməməyə inandırmağa çalışıb. Ankara ehtiyat edir ki, bu ölkələrin iştirakı Yaxın Şərqdə genişmiqyaslı münaqişəyə səbəb ola bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR