İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdəki son zəlzələlər təhlükənin xəbərçisidir? – Mütəxəssisdən CAVAB

Xəzər dənizində yenidən zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4,1, ocağının dərinliyi isə 46 kilometr olub. Zəlzələ sentyabr ayında Xəzərdə qeydə alınan ilk belə hadisə də deyil. Sentyabrın 10-da Xəzərdə 3,1 maqnitudalı zəlzələ baş vermişdi.

Xəzər dənizində zəlzələlərin təkrarlanması xüsusilə Bakı və Abşeron əhalisində zəlzələ təhlükəsi ilə bağlı sualları yenidən aktuallaşdırır. Mütəxəssislər belə təkanları necə qiymətləndirir, son zəlzələlərin artması hər hansı təhlükədən xəbər verirmi? Son zəlzələlər nə ilə bağlıdır və yaxın gələcəkdə daha güclü təkan ehtimalı varmı?

Coğrafiyaçı alim karantin rejimində ətraf mühitə ekoloji baxımdan müsbət  təsir göstərən amilləri təhlil edib - AZƏRTAC

Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Ümumiyyətlə, Azərbaycan ərazisi və ondan da qat-qat böyük ərazilər – Fransanın şimalından İndoneziyaya qədər olan geniş coğrafiya seysmik zonadır. Burada zəlzələlərin olması labüddür. Titrəyişlər il ərzində minlərlə, bəlkə də daha bir neçə minlərlə olur. Bura dünyanın üç ən seysmik və dağəmələgəlmə prosesinin ən aktiv zonalarından biridir. Ona görə də burada 3-4 bal gücündə titrəyişlər baş verdiyi zaman, əslində, bunun qorxu və yaxud təşviş yaratmasına əsas yoxdur. Çünki bu, Yer kürəsinin mahiyyətindən irəli gələn bir prosesdir.

O ki qaldı bu ərazilərdə daha güclü zəlzələlərin baş verməsi ehtimalına, belə zəlzələlərin ehtimalı azdır. Çünki hələlik çox güclü zəlzələlər olmayıb. Tarixən belə zəlzələlər olsa da, əgər burada tez-tez və çox güclü zəlzələlər baş versəydi, böyük ehtimalla, böyük qalalar, tikililər, insanların yaratdığı digər abidələr sıradan çıxar, tarixdən silinərdi. Ancaq rahat olmaq da olmaz. Ona görə ki, istənilən halda söhbət Yer qabığından gedir və burada daha güclü zəlzələlər də baş verə bilər”.

Ənvər Əliyev qeyd edir ki, hazırkı zəlzələlər xırda titrəyişlərdir: “Sovet dövründə 4 bala qədər olan zəlzələlər qeyd olunmurdu. Çünki bunun əhalini təşvişə salması və müəyyən tərəddüdlər yaratması yaxşı hal hesab edilmirdi. İndi isə yavaş-yavaş bu istiqamətdə əsas vəzifələrimiz də müəyyənləşir. Tikintilərimiz və görəcəyimiz işlər daha güclü zəlzələlərin baş verməsi ehtimalı nəzərə alınmaqla planlaşdırılmalıdır. Qeyd etdiyim kimi, son hadisələrlə bağlı bir daha təkrar edirəm: burada təşvişə düşməyə qətiyyən əsas yoxdur, elmi baxımdan heç bir fövqəladə vəziyyət yoxdur.

Onu da deyim ki, bəhs etdiyim ərazinin böyük əksəriyyəti, demək olar ki, mütləq əksəriyyəti neft hasil edən müsəlman ölkələrindən ibarətdir. Azərbaycan, İran, Əfqanıstan, İndoneziyaya qədər uzanan geniş ərazidir. Burada daha çox neft yataqları var. Allah elə bil ki, yerin altını neft, üstünü isə zəlzələ ilə təkmilləşdirib.

Ona görə də təşvişə düşmək lazım deyil. Burada müəyyən qanunauyğunluq var. Biz çalışmalıyıq ki, quru ərazisində olan evlərimizi, eləcə də dənizin özündə tikilən mənzilləri daha güclü zəlzələlərə hesablayaraq inşa edək. Tikintilər zamanı həmişə belə zəlzələlərin baş verməsi ehtimalını nəzərə almalıyıq. Burada qətiyyən tərəddüdə yol yoxdur. Bu, təbii və qanunauyğun prosesdir".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR