İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei danışdı, ordu hərəkətə keçdi: İran müharibə mesajını açıq verdi

İranın ali dini lideri Ayətullah Əli Xamenei və ölkənin Müdafiə Nazirliyi ard-arda yayımlanan paylaşımlarla regionda hərbi qarşıdurma ehtimalını açıq şəkildə gündəmə gətirib.

Musavat.com xəbər verir ki, yayımlanan mesajlar və onları müşayiət edən simvolik vizuallar Tehranın artıq diplomatik çərçivədən çıxaraq açıq müharibə xəbərdarlığı mərhələsinə keçdiyini göstərir.

Xameneinin paylaşdığı təsvirlərdə ABŞ simvolikası ilə yanaşı Donald Trampın obrazının dolayı şəkildə hədəfə alınması xüsusi diqqət çəkir. Vizualda Tramp ABŞ gücünün və “müasir firon” anlayışının simvolu kimi təqdim olunur, onun ətrafında isə dağıntı, süqut və müharibə səhnələri yer alır. Bu, Tehranın mesajının təkcə abstrakt deyil, birbaşa siyasi fiqura ünvanlandığını açıq göstərir.

Xamenei mesajında tarixə istinad edərək vurğulayıb ki, təkəbbürlü, özünü toxunulmaz hesab edən hakimiyyətlər məhz ən güclü olduqları anda süquta uğrayıblar. Firon, Nəmrud və Məhəmməd Rza Pəhləvinin xatırladılması, Trampın vizual olaraq həmin kontekstə salınması ilə siyasi-mənəvi ultimatum xarakteri alır. 

76c68239-6e35-462e-83e6-1b1f70f8a901.jpg (161 KB)

Eyni vaxtda İran Müdafiə Nazirliyinin yaydığı görüntülər və açıqlamalar bu ideoloji mesajı real hərbi güc nümayişi ilə tamamlayır. Nazirlik bəyan edib ki, İrana qarşı istənilən hücum adi cavabla yox, düşmən üçün “hesablanmamış və ağır nəticələr doğuracaq hərbi sürprizlərlə” qarşılanacaq. Vizual materiallarda raketlər, dronlar və hava zərbələri bu xəbərdarlığın təsadüfi olmadığını göstərir.

Trampın simvolik şəkildə hədəfə alınması ilə Müdafiə Nazirliyinin hərbi mesajlarının üst-üstə düşməsi Tehranın ABŞ-a yönəlik birbaşa çəkindirmə strategiyasıdır. Bu, həm daxili auditoriyaya “müharibəyə hazırıq” siqnalı, həm də Vaşinqtona açıq xəbərdarlıq kimi oxunur.

Beləliklə, Tehran açıq şəkildə göstərir ki, mümkün qarşıdurma ssenarisində geri addım niyyəti yoxdur və Tramp administrasiyası ilə bağlı müharibə ehtimalı artıq ideoloji ritorika yox, real hazırlıq mərhələsi kimi təqdim olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR