İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xalq artisti adını da ona görə almışam"

"Sənətə ilk gəlişim "Gültəkin" rolu ilə olub. Bu rol mənə uğur gətirib, Xalq artisti adını da ona görə almışam". 
 
Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Rəngarəng" verilişində deyib.
 
Aktrisa bildirib ki, oynadığı rollar onun sağlamlığında ciddi problemlər yaradır:
 
"O obrazı o qədər ürəkdən oynamışam ki, hətta emosionallıqdan ürəyimdə problem yaranmışdı. Xəstəxanada müalicə alırdım. Xoşbəxtlikdən 10 il sonra o rolu bir də oynadım. O obraza ürəklə daxil olmasam, oynaya bilmərəm. Hər zaman ağır qadın obrazlarını canlandırmışam. Bütün rollarımdan sonra mənim sağlamlığımda problemlər yaranıb. Belə də olmalıdır". 
 
Könül
Musavat.com
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR