İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəzifədən göndəriləcəkdi - Yeni işi bəlli oldu - FOTO

ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak ilə bağlı son günlərdə səslənən “vəzifədən uzaqlaşdırılacaq” iddialarından sonra onun yeni missiyası açıqlanıb. ABŞ Prezidenti Donald Tramp Barrakın Suriya və İraq üzrə Prezidentin xüsusi nümayəndəsi təyin edildiyini bildirib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edib. Açıqlamada Tom Barrakın həm yeni vəzifəni icra edəcəyi, həm də ABŞ-ın Türkiyədəki səfiri postunda fəaliyyətini davam etdirəcəyi qeyd olunub.

ABŞ Dövlət Katibi Marco Rubio bir neçə gün əvvəl Tom Barrakın Suriya üzrə xüsusi nümayəndə vəzifəsinin başa çatacağını açıqlamışdı. Bu səbəbdən onun vəzifədən alınacağı ilə bağlı müxtəlif iddialar ortaya çıxmışdı.

Lakin Ağ Evin son qərarı ilə Barrackın regiondakı rolu daha da genişləndirilib. O, artıq həm Suriya, həm də İraq üzrə Prezidentin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Açıqlamada Tom Barrakın Ankara ilə Vaşinqton arasındakı diplomatik əlaqələrə rəhbərlik etməyə davam edəcəyi vurğulanıb. Beləliklə, Barrak həm Türkiyədə səfir, həm də ABŞ administrasiyasının Suriya və İraq siyasətində əsas fiqurlardan biri olacaq.

Barrak 2025-ci ilin may ayında ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi təyin edilmişdi. Yeni qərarla onun məsuliyyət sahəsi İraqı da əhatə edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR